“Sumqayıt” klubunun yarımmüdafiəçisi Samir Abasov komandanın hazırlıq planı barəsində danışıb.
Qol.Az-ın məlumatına görə, klubun rəsmi saytına açıqlama verən kapitan bəzi məqamlara toxunub:
“Hazırlıq normal şəkildə davam edir. Komanda Bernhard Raabın rəhbərliyi altında gündə iki dəfə olmaqla Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda məşq keçir. Şükürlər olsun ki, heyətdə zədəli futbolçumuz yoxdur. Yalnız, Taner Taktakda kiçik problem var o da, sabahdan etibarən komandaya qoşulacaq. Ən böyük çətinliyimiz komandada oyun praktikasının olmamasıdır. Bildiyiniz kimi, komandanın əksər üzvləri yeni futbolçulardır. Bu səbəbdən daha çox yoxlama oyunu keçirməliyik. Əksər klublarımız ölkə xaricində hazırlıq keçir. Burada sparrinq rəqib tapmaqda çətinlik çəkirik. Amma klubun rəhbərliyi bu problemi həll etmək üzrədir. Tez bir zamanda “Sumqayıt” təlim-məşq toplanışı keçmək üçün ölkə xaricinə yollanacaq”.
S.Abasov həmçinin komandanın yeni transferləri barəsində də danışıb. Kapitan heyətə cəlb olunan təcrübəli futbolçuların faydalı olacağını deyib: “Sumqayıt” klubu gənclərdən qurulmuş kollektivdir. Heyətdə yer alan gənclərimiz artıq bir mövsüm Unibank Premyer Liqada oynadı. Orxan Əliyev, Murad Ağayev, Slavik Alxasov kimi gənc futbolçuları artıq çempionata tam hazır saymaq olar. Bundan başqa, klubun rəhbərliyi Ceyhun Sultanov, Aftandil Hacıyev, Sabir Allahquliyev kimi təcrübəli və Azərbaycan futbolunda öz sözünü demiş futbolçuları komandaya dəvət edib. Onlar “Sumqayıt” üçün önəmli simalara çevriləcək. Qeyd edim ki, yeni gələnlər uyğunlaşma problemi yaşamadılar. Əvəzedicilərdən gələn futbolçular da məşqlərdə özlərini yaxşı tərəfdən göstərə bilirlər. Artıq baş məşqçi Bernhard Raabın işi də nisbətən yüngülləşib. Hazır futbolçularla işləmək almaniyalı məşqçi üçün daha rahatdır".
Abasov mövsümün startına qədər komandanın tam hazır olacağını düşünür: "Unibank Premyer Liqa kimi uzun marafonda çıxış ediriksə, hər mövqedə ən azı iki futbolçumuz olmalıdır. Artıq heyətin böyük hissəsi hazırdır. Bir müdafiəçi və bir yarımmüdafiəçiyə ehtiyacımız var. Rəhbərlik hazırda bu məsələ ilə bağlı çalışmalarını davam etdirir. İnşallah, mövsümün startına qədər komanda tam hazır vəziyyətə gələcək".
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik