Millimizin hücumçusu Avroliqada qol vurdu

Millimizin hücumçusu Avroliqada qol vurdu
XƏBƏR 13 İyul 2012 / 01:57 2992
-  A +

Milli komandamızın hücumçusu Vüqar Əsgərovun şərəfini qoruduğu Latviyanın "Metallurq" klubu ötən gün Avropa Liqasının I təsnifat mərhələsinin cavab matçına çıxıb.

Qol.Az-ın məlumatına görə, Vüqarın komandası öz meydanında San Marinonun "La Fiorita" klubu ilə qarşılaşıb.

İlk görüşdə rəqibini 2:0 hesabı ilə məğlub edən "Metallurq" klubu bu dəfə daha böyükhesablı qələbə qazanıb. Rəqibini 4 cavabsız qolla məğlub edən Latviya təmsilçisi növbəti mərhələyə yüksəlib.

Səfərdə keçirilən oyundan fərqli olaraq Vüqar bu görüşdə meydana çıxıb və komandasının sonuncu qoluna imza atıb. Matçın 79-cu dəqiqəsində oyuna daxil olan həmyerlimiz 7 dəqiqə sonra fərqlənib.


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner