Millimizin məşqçisi Bolqarıstan üzərindəki qələbədən danışdı

Millimizin məşqçisi Bolqarıstan üzərindəki qələbədən danışdı
XƏBƏR 12 İyul 2012 / 20:22 1304
-  A +

Bu gün Qəbələ şəhərində 17 yaşadək qızlardan ibarət Azərbaycan və Bolqarıstan yığma komandaları arasında keçirilmiş yoldaşlıq oyunundan (4:2) sonra yığmamızın baş məşqçisi Sissi Rayt fikirlərini bildirib.

Qol.Az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, o bildirib ki, qarşılaşmanın əvvəlində rəqib sərt oyun təklif edib: "Biz də müəyyən qədər rəqibin bu oyun tərzinə uyğun şəkildə oynadıq. Son 10 dəqiqəni yüksək səviyyədə keçirdiyimizi düşünürəm. Təbii ki, müəyyən çatışmazlıqlar var idi. Bununla belə, 4 qol vuraraq qələbə qazandığımız üçün çox sevinirəm".

Daha çox


Son xəbərlər