PFL prezidenti: “Bakı” mərhələni yüz faiz keçəcək”

XƏBƏR 12 İyul 2012 / 19:20 1726
-  A +

“Bakı”nın güclü heyəti var. Baxmayaraq ki, ilk oyunda rəqibi ilə heç-heçə oynadı, amma onlar Sloveniyada yüz faiz mərhələni keçəcəklər. Buna şübhəm yoxdur”. 

Bu sözləri  Qol.Az-a açıqlamasında bu gün Sloveniyada keçiriləcək Avropa Liqasının I təsnifat mərhələsinin “Mura 05” - “Bakı” cavab matçını dəyərləndirən Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib.

PFL prezidenti “Xəzər Lənkəran”ın qələbəsi haqda da danışıb: “Qələbə münasibətilə “Xəzər Lənkəran” rəhbərliyini də təbrik etmişəm. Açığı, onlardan bu qələbəni gözləyirdim. İnanıram ki, bu cür oynamaqda davam etsələr, daha bir neçə mərhələ keçə bilərlər. Bu yolda onlara və digər klublarımıza uğurlar arzulayıram”.

Qeyd edək ki, “Mura 05” - “Bakı” matçı bu gün Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Daha çox


Son xəbərlər