Taktakla Pamuk sıraya dönür

Taktakla Pamuk sıraya dönür
XƏBƏR 12 İyul 2012 / 14:50 1691
-  A +

2012/2013 mövsümünə hazırlaşan “Sumqayıt” Futbol Klubu məşqlərini fasiləsiz davam etdirir.

Qol.Az-ın klubun rəsmi internet saytına istinadən verdiyi məlumata görə, səhər saatlarında dəniz kənarında fiziki hazırlıq üzərində çalışan komanda saat 11:30-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda məşqə çıxıb. “Sumqayıt”la ikiillik müqavilə imzalayan Ramil Həşimzadə artıq komanda ilə birlikdə məşqlərə başlayıb. Orxan Əliyev, Ruslan Nəsirli və Şamil Cəmaləddinov isə U-19-un heyətindən qayıdaraq hazırlığa start verib.

Bərpa prosesi keçən Uğur Pamuk və Taner Taktak fərdi məşqlərlə kifayətlənməkdədir. Hər iki futbolçunun sabahdan etibarən komanda ilə birlikdə məşqlərə başlayacağı gözlənilir.

 


Son xəbərlər
topaz banner