“İnter”in hücumçusu Baçana Sxadadze klubun saytına müsahibə verib. Qol.Az-ın məlumatına görə, Sxadadze Estoniyanın “Trans” (0:5) komandasıyla keçirilən oyun və cavab qarşılaşması haqqında fikirlərini bölüşüb.
- Estoniyanın komandasına qarşı ilk matçda “İnter” kifayət qədər inamlı futbol sərgilədi və bu da öz əksini rəqibin qapısına 5 cavabsız top keçirilməsində tapdı…
- Deyim ki, 5:0 hesabı oyuna görə oldu. Bundan başqa, daha çox qol vura bilərdik. Düşünürəm ki, oyunumuz tamaşaçılarda xoş emosiyalar oyatdı, elə bizə də belə futbol sərgiləmək və bu hesabla qalib gəlmək çox xoşdur. Rəqib var gücüylə bizə qarşı müqavimət göstərirdi, lakin həmin gün bizə praktiki olaraq düşündüklərimizi reallaşdırmaq nəsib oldu və yekun nəticə meydançada baş verənləri əks etdirdi.
-Maraqlıdır, oyundan öncə qarşılaşmanın belə böyükhesabla yekunlaşacağını təxmin edə bilərdiniz?
-Matçın başlanmasına qədər rəqibimizin oyunlarına baxmışdıq. Etiraf etmək lazımdır ki, bizə rəqibin istər güclü, istərsə də zəif tərəflərini yaxşı öyrənmək mümkün oldu. Biz kifayət qədər diqqətli hərəkət etdik və mənim fikrimcə, belə oyunla komandamız nəinki “Trans”a, hətta istənilən rəqibə qalib gələ bilərdi. Oyunun başlanmasına qədər yekun hesab barədə düşünmürdük, böyük istək və fədakarlıqla oynamaq vacib idi. Axı bu faktorlar bizə səfər matçında kömək etməliydi. “Trans”ı zəif rəqib hesab etmirəm. Çünki Avropa Liqasında zəif rəqiblər olmur. Avropa Liqasının istənilən matçında qələbəyə nail olmaq üçün maksimum dərəcədə çalışmaq lazımdır.
-Artıq sabah “İnter” Estoniya komandasıyla cavab qarşılaşmasını keçirəcək. İlk qarşılaşmadakı böyükhesablı qələbə cavab oyununda komandanın istəyinə və motivasiyasına təsir göstərməyəcək?
-Dünən bu barədə danışmışıq. Bizə mütləq ilk matçı unutmaq və təmiz səhifədən oynamaq lazımdır. Komandaya gözəl oyun göstərmək və vəziyyətlərdən istifadə etmək lazımdır, o zaman ikinci oyunda da mütləq uğur əldə edəcəyik.
-İkinci mərhələdə “İnter”i Yunanıstanın “Asteras” komandasının simasında daha ciddi rəqib gözləyir. Bu komanda barədə nə deyə bilərsiniz?
-Səmimi desəm, növbəti rəqib barədə “Trans”la matçdan sonra danışmaq istərdim. Amma istənilən halda qeyd etmək lazımdır ki, yunan komandası çox güclüdür. Bizə oyunlara yaxşı hazırlaşmaq və daha da artırmaq lazımdır.
- “Trans”la oyun sizin üçün də uğurlu alındı. Dubl etmək sizə müyəssər oldu. Maraqlıdır, buna dostlarınız və qohumlarınız necə reaksiya verdilər? Yəqin təbriklər çox idi.
-Əlbəttə. Hamı təbrik edirdi, bizimlə birlikdə sevinirdi. Belə reaksiya əlbəttə stimul verir. Xoşdur ki, insanlar baxırlar, həyəcanlanırlar, dəstəkləyirlər. Təbriklərə görə hamıya minnətdaram. İstərdim ki, belə nəticələrlə irəlidə də hamını sevindirim.
-Avrokuboklarda “İnter”in qarşısında maksimal tapşırıqlar qoyulub. Necə düşünürsünüz, komanda məqsədinə çata biləcək? Komandanın turnirin qrup mərhələsinə düşmək şansı nə qədər böyükdür?
-Bilirsiniz, burada püşkdən çox şey asılıdır. Bununla belə, meydançaya çıxmamışdan öncə komandaların şansları həmişə bərabər olur. İrəlidə bizi Yunanıstandan ciddi rəqib gözləyir və bu komandayla matçlarda özümüzü göstərməyə çalışacağıq.
"Hakimlərin maaşını düşünəndə adamın ürəyi ağrıyır"
"Çelsi"dən iddialı mövsüm hazırlığı - "Bizi ram etmək olmaz"
Azərbaycan klublarının yay transferləri - Yenilənir
İki “Qarabağ”lı ÇL-in ən yaxşıları arasında
Mundialın rekordçusu "Mançester Siti" oldu
"Qalatasaray"ın hücumçusuna göz dikdilər
Keyn yenidən "Barselona"nın hədəfində
"Heç kimi komandanın "beyni" adlandırmırıq" - Breno Almeyda
"Nyukasl" onları göndərdi
"Benfika"nın baş məşqçisi ola bilər
Klub onunla anlaşarsa, hər oyuna görə cərimə ödəyəcək
Ronaldonun 6-cı mundial hazırlığından - Video
Reqlament dəyişmədi, püşkün vaxtı dəqiqləşdi
İordaniya DÇ-2026 heyətini açıqladı
"10 nömrə" Bellinqemə həvalə olundu
"Sumqayıt"dan ayrılan futbolçu Qazaxıstan klubunda
“Ayaks”ın yeni baş məşqçisi müəyyənləşdi
Dante "Bavariya"da məşqçi təyin edildi
Domeniko Tedeskonun yeni klubu - Rəsmi
"Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
Milli Avstriya toplanışına başladı - Şəkillər
Cavid İmamverdiyevin yeni klubu müəyyənləşdi
Özbəkistan millisi DÇ-2026-ya bu 26 nəfərlik heyətlə gedir
Kurtua yetirməsi olduğu kluba investor kimi qayıtdı
Türkiyə millisinin DÇ-2026 üçün yekun heyəti açıqlandı
Azər Bağırov rəsmən "Şamaxı"da
"Sabah"ın futbolçusu DÇ-2026 heyətinə daxil edilmədi
"Qəbələ" daha iki futbolçu ilə yolları ayırdı
Finalda penaltini vura bilmədi - Forma satışı 350 faiz artdı
DÇ-2026 öncəsi xüsusi əməliyyat - Video
"Real"a yeni ulduzlar gələcək
Azərbaycan millisi Qazaxıstana belə qalib gəldi - Video
Slot istefa qərarı gözləmirmiş
“O üç futbolçunun oyunundan razıyam” - Montella
Ərəblər Konseysaunu istefaya göndərdi
Modriç 5-ci dünya çempionatına gedir!
Özbəkistan millisindən mundial öncəsi ilk yoxlama oyunu
“Çexiya ilə oyun erkən final olacaq” - Elşad Quliyev
Azərbaycan millisi 1/4 finalda - Avropa çempionatı
Yankoviçdən məhsuldar ötürmə, Monteneqrodan qələbə - Video
“Monako” baş məşqçini göndərdi
Yol qəzasına düşdü, 33 yaşında vəfat etdi
Türkiyə millisindən böyükhesablı qələbə - Yenilənib
Dünyanın ən dəyərli klubları bilindi
"Atletiko" onu buraxmaq istəmir
Paraqvay millisinin DÇ-2026 heyətində kimlər var?