“Sumqayıt” klubunun yeni transferi əslən azərbaycanlı Pərdis Fərcad-Azad klubun rəsmi saytına müsahibə verib.
- Futbola gəlişin necə baş tutub?
- Almaniyanın paytaxtı Berlində anadan olmuşam. 10 yaşım olarkən valideynlərim tərəfindən “Herta”nın futbol məktəbinə yazıldım. 3 il bu klubda çıxış etdim. 2000-ci ildə “Herta 03 Zehlendorf” klubuna transfer olundum. 2007-ci ildə isə “FC Carl Zeiss Jena” klubu ilə peşəkar müqavilə imzaladım. Bir mövsüm ərzində 36 qarşılaşmada 7 qol vurmuşam. 2009/2010 mövsümünü isə “Plauen” klubunda keçirmişəm. Bu komanda ilə 20 görüşdə forma şansı qazanmışam və 3 qol vurmuşam. 2010-2012-ci illər ərzində isə “Berliner AK” klubunda çıxış etmişəm. Bu komanda dördüncü Bundesliqada mübarizə aparırdı. Berlin təmsilçisi ilə 34 oyunda rəqib qapılarından 13 top keçirmişəm.
- “Sumqayıt” klubuna gəlişin necə baş tutdu?
- “Sumqayıt” klubunun rəhbərliyi hələ ötən mövsüm mənim xidmətimdə maraqlı idi. Bu klubdan təklif aldıqdan sonra Azərbaycan futbolu ilə maraqlanmağa başladım. İl ərzində milli komandanın oyunlarını izləyirdim. “Sumqayıt”ın rəsmi saytı vasitəsi ilə isə çempionat və komanda haqqında məlumat toplayırdım. Qeyd edim ki, ötən ilin yanvarında AZAL-dan da təklif almışdım. Hətta “Berliner AK”ın heyətində bu kluba qarşı yoldaşlıq oyununda dubl etmişdim.
- Azərbaycanda qohumlarınız var?
- Əslən azərbaycanlıyam. Nənəm Həmidə Bağırovanın ailəsi Bakıdandır. Bildiyimə görə, burada qohumlarımız olmalıdır. Lakin onlarla əlaqə “yox” dərəcəsindədir. Əksər qohumlarımız hazırda Cənubi Azərbaycanda yaşayır. Əsasən, Novruz Bayramı ərəfəsində yaxınlarımızla sıx-sıx görüşürük.
- Komanda haqqında ilk təəssüratların. Ampluaca hansı mövqedə çıxış edirsən?
- Mən Sumqayıtda 4 gündür məşq edirəm. Özüm də hələ tam hazır deyiləm. Bir aydan çoxdur ki, məşq etmirəm. Amma tezliklə hazır olacağıma inanıram. Gəldiyim gün baş məşqçi Bernhard Raabla tanış oldum. Almaniyalı mütəxəssis məşqləri olduqca maraqlı keçir. Uşaqların əksəriyyəti ilə də tanış olmuşam. Komandanı çox bəyəndim. Çempionatın startını səbirsizliklə gözləyirəm. Ampluaca yarımmüdafiəçiyəm. Həm sol cinahda, həm də yarımmüdafiə xəttinin mərkəzində çıxış edirəm. “Sumqayıt”da 7 nömrəli futbol formasını geyinəcəyəm.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik