“Neftçi” klubunun Avstriyadakı təlim-məşq toplantısı çərçivəsində Xorvatiyanın “Dinamo” (Zaqreb) komandası ilə keçirdiyi yoxlama matçı yarımçıq qalıb.
“Neftçi”nin rəsmi saytı buna güclü yağışın səbəb olduğunu yazıb.
Lakin “Dinamo”nun saytında təkcə yağış deyil, həm də qalmaqal üzündən oyunun başa çatdırılmadığı vurğulanıb. Toqquşma isə iki komanda oyunçuları arasında baş verməyib. Qalmaqalı törədənlər Xorvatiyadan Avstriyaya gedən 15-dək azarkeş olub. Onlar artıq 7-ci dəqiqədə “Dinamo”nun prezidenti Mirko Barışiç və onun həyat yoldaşını dolu pivə qabları “atəş”inə tutaraq, təhqir etməyə başlayıblar. Oyunda 5 dəqiqəyədək fasilə yaranıb. Polislər gəldikdən və iki komanda ilə hakimlər arasında razılığın əldə olunmasından sonra matç davam etdirilib. 28-ci dəqiqədə Emin Mehtiyevin gözəl qolu ilə “Neftçi” hesabda önə çıxıb. Xorvatiya komandası bu qolun əvəzini çıxmaq üçün irəli atılıb. Bu zaman tribunada xorvatiyalı azarkeşlər arasında dava düşüb. Fanatlar həm də “Neftçi”də çıxış edən serbiyalı qapıçı Saşa Stamenkoviçi təhqir ediblər. Hakim ilk yarının sonadək oynanılmasına şərait yaratsa da, fasilədə xəbərdarlıq edib:
“Oxşar insident yenə yaransa, oyun yarımçıq saxlanılacaq”. Lakin ikinci yarının başlanmasından heç 10 dəqiqə keçməmiş oyun dayandırılmalı olub. Çünki xorvatiyalı azarkeşlər xuliqanlıqlarına son qoymayıblar.
Qeyd edək ki, bu oyundan sonra bu gün Bakıya qayıdacaq “Neftçi” Çempionlar Liqasının II təsnifat mərhələsində Gürcüstan “Zestafoni”si ilə iyulun 17-də Bakıda keçirəcəyi ilk qarşılaşmanın son hazırlıqlarını görəcək.
lent.az
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik