Rusiya millisinin baş məşqçisi vəzifəsinə namizədlərin adları rəsmən açıqlandı

Rusiya millisinin baş məşqçisi vəzifəsinə namizədlərin adları rəsmən açıqlandı
XƏBƏR 10 İyul 2012 / 18:15 2300
-  A +

Rusiya Futbol İttifaqı (RFİ) ölkə milli komandasının bol qalmış baş məşqçisi vəzifəsinə namizəd olan mütəxəssislərin adlarını rəsmən açıqlayıb.

Qol.Az-ın məlumatına görə, RFİ-nin rəsmi saytında namizədlərin sayının 13 olduğu bildirilib. Bunlar Rafael Benites, Anatoli Bışovets, Marselo Byelsa, Valeri Qazzaev, Xosep Qvardiola, Fabio Kapello, Andrey Kobelev, Yuri Krasnojan, Marçello Lippi, Valeri Nepomnyaşşi, Nikolay Pisarev, Harri Rednapp və Yuri Syomindir.

Məlumatda qeyd olunub ki, yaxın günlərdə RFİ bu məşqçilərin hər biriylə danışıqlar masası arxasına oturacaq.

Daha çox


Son xəbərlər