"Kəpəz"də türkiyəli futbolçu

XƏBƏR 10 İyul 2012 / 16:15 1796
-  A +

Baxışda olan legionerləri geri göndərən "Kəpəz" yerli futbolçulardan biri ilə müqavilə bağlamağa yaxındır.

Bu barədə klubun mətbuat xidmətindən məlumat veriblər.

Gəncə klubu 24 yaşlı müdafiəçi Fərid Həşimzadə ilə yaxın günlərdə münasibətlərini rəsmiləşdirəcək. Ötən mövsümü "Rəvan" klubunda keçirən futbolçu ilə bir illik müqavilə bağlanacağı gözlənilir.

Bundan başqa, "Kəpəz" düşərgəsinə qapıçı mövqeyində baxışdan keçirmək üçün daha bir legioneri dəvət edib. Bu, türkiyəli 25 yaşlı qolkiper Gürcan Yücelikidir.

"Fənərbağça"nın yetirməsi olan Gürcan başa çatan mövsümdə 3-cü liqadan 2-ci liqaya yüksələn "Kahramanmaraş" komandasının şərəfini qoruyub ("Trend").

Daha çox


Son xəbərlər