İtaliya Superkuboku Çində keçiriləcək

İtaliya Superkuboku Çində keçiriləcək
XƏBƏR 10 İyul 2012 / 13:35 1443
-  A +

İtaliya Superkubokunun keçiriləcəyi stadionun adı açıqlanıb.

Qol.Az-ın "Goal.com"a istinadən verdiyi məlumata görə, Superkubok görüşü avqustun 11-də Çinin paytaxtında Pekin milli stadionunda keçiriləcək.
 
A Seriyasının qalibi "Yuventus" və ölkə kubokunun sahibi "Napoli" komandaları arasında keçiriləcək oyun Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. 90 dəqiqə ərzində qalib müəyyənləşməzsə, əlavə vaxta ehtiyac duyulacaq. Burada da hesab dəyişməzsə, oyunsonrası penaltilər seriyasına keçiləcək.

Qeyd edək ki, "Yuventus" indiyədək 4 dəfə, "Napoli" də isə 1 dəfə (1990) İtaliya Superkubokuna sahib çıxıb.

Daha çox


Son xəbərlər