“Rəvan” polşalı qapıçı ilə müqavilə bağlayır

“Rəvan” polşalı qapıçı ilə müqavilə bağlayır
XƏBƏR 10 İyul 2012 / 12:32 1538
-  A +

“Rəvan” heyətini daha bir futbolçu ilə gücləndirir.

Bu haqda Qol.Az-a açıqlamasında klubun vitse-prezidenti Bəhruz Şirəliyev məlumat verib. Söhbət polşalı qapıçı Lukas Speladan gedir. Şirəliyevin sözlərinə görə, qapıçı artıq düşərgədədir və baş məşqçi Cavad Güler onu iş başında sınayır. Böyük ehtimalla “Rəvan” bu qapıçı ilə 1 illik müqavilə bağlayacaq.

Qeyd edək ki, Spela 1982-ci ildə anadan olub. 186 sm boya malik qapıçı “Rəvan”dan əvvəl “Belsato”nun şərəfini qoruyub və Polşa çempionatında 109 oyunda forma geyinib.

Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu