Portuqaliya-Azərbaycan matçının başlama saatı bəlli oldu

Portuqaliya-Azərbaycan matçının başlama saatı bəlli oldu
XƏBƏR 10 İyul 2012 / 11:26 2201
-  A +

DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində sentyabrın 11-də keçiriləcək Portuqaliya - Azərbaycan oyununun başlanma vaxtı müəyyənləşib.
 
Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Braqa şəhərindəki Braqa Municipial Stadium-da keçiriləcək qarşılaşma yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə saat 01.00) başlayacaq.

Millimizin mübarizə aparacağı F qrupunda daha bir oyunun keçiriləcəyi stadion və başlanma vaxtı bəlli olub. İsrail - Rusiya qarşılaşması sentyabrın 11-də, yerli vaxtla saat 20:00-da, Ramat Qan şəhərindəki eyniadlı stadionda keçiriləcək.

Daha çox


Son xəbərlər