Rəşad Sadıqovdan het-trik

Rəşad Sadıqovdan het-trik
XƏBƏR 10 İyul 2012 / 10:29 2689
-  A +

Ağdamın “Qarabağ” klubu Türkiyədə təlim-məşq toplanışını davam etdirir. 

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, hazırlığı 1 məşqlə davam etdirən Qurban Qurbanovun yetirmələrinin çalışması 1 saat 45 dəqiqə sürüb. Sonda komandanın gənc və təcrübəli oyunçuları arasında ikitərəfli görüş keçirilib. Gənclər hesabda 2 top fərqiylə öndə olsa da Rəşad Sadıqov son dəqiqələrdə het-trik edərək komandasına qələbə qazandırıb.

Qeyd edək ki, İranın “Zob Ahan” klubu ilə oyunda aldığı zədəsini tam sağaltmayan Muarem Muarem məşqdə iştirak etməyib. Ayağında kiçik zədə olan Vüqar Nadirov isə qaçmaqla kifayətlənib.

Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu