Boks üzrə Azərbaycan milli komandası İtaliyanın Assizi şəhərinə təlim-məşq toplantısına yollanıb.
Toplanışda 2012-ci il London Yay Olimpiya oyunlarına vəsiqə qazanmış 7 kişi boksçumuz iştirak edir. Elvin Məmişzadə (52 kq), Məhəmməd Abdulhəmidov (56 kq), Heybətulla Hacəliyev (64 kq), Soltan Migitinov (75 kq), Vətən Hüseynli (81 kq), Teymur Məmmədov (91 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) baş məşqçi Nəriman Abdullayev və məşqçi Rasim Məmmədovun rəhbərliyi altında hazırlaşırlar.
Assizidə İtaliya və İrlandiya milliləri də məşq edir. İtaliya yığmasının heyətində olimpiadaya lisenziya əldə etmiş 7 boksçu - Manuel Kappai (49 kq), Vinçenzo Pikardi (52 kq), Vittorio Parinello (56 kq), Domeniko Valentino (60 kq), Vinçenzo Mangiakapre (64 kq), Klemente Russo (91 kq) və Roberto Kamarelle (+91 kq) məşq edir. Bundan başqa, sparinq-tərəfdaş kimi daha 6 italiyalı boksçu da hazırlıq prosesinə cəlb edilib.
İrlandiya komandasında isə Londona yollanacaq 5 boksçu - Patrik Barnes (49 kq), Maykl Konlan (52 kq), Con Nevin (56 kq), Adam Nolan (69 kq), Darren O Nill (75 kq) təlim-məşq toplanışındadır. Qadınlar arasında dəfələrlə dünya çempionu olan iralndiyalı Keti Teylor da (60 kq) Assizidə hazırlıq keçənlər arasındadır.
Qeyd edək ki, iyulun 19-da Bakıya qayıdacaq millimiz bundan 6 gün sonra Böyük Britaniyaya yollanacaq.
Xəbər: Lent.az
"Hakimlərin maaşını düşünəndə adamın ürəyi ağrıyır"
"Çelsi"dən iddialı mövsüm hazırlığı - "Bizi ram etmək olmaz"
Azərbaycan klublarının yay transferləri - Yenilənir
İki “Qarabağ”lı ÇL-in ən yaxşıları arasında
Mundialın rekordçusu "Mançester Siti" oldu
"Qalatasaray"ın hücumçusuna göz dikdilər
Keyn yenidən "Barselona"nın hədəfində
"Heç kimi komandanın "beyni" adlandırmırıq" - Breno Almeyda
"Nyukasl" onları göndərdi
"Benfika"nın baş məşqçisi ola bilər
Klub onunla anlaşarsa, hər oyuna görə cərimə ödəyəcək
Ronaldonun 6-cı mundial hazırlığından - Video
Reqlament dəyişmədi, püşkün vaxtı dəqiqləşdi
İordaniya DÇ-2026 heyətini açıqladı
"10 nömrə" Bellinqemə həvalə olundu
"Sumqayıt"dan ayrılan futbolçu Qazaxıstan klubunda
“Ayaks”ın yeni baş məşqçisi müəyyənləşdi
Dante "Bavariya"da məşqçi təyin edildi
Domeniko Tedeskonun yeni klubu - Rəsmi
"Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
Milli Avstriya toplanışına başladı - Şəkillər
Cavid İmamverdiyevin yeni klubu müəyyənləşdi
Özbəkistan millisi DÇ-2026-ya bu 26 nəfərlik heyətlə gedir
Kurtua yetirməsi olduğu kluba investor kimi qayıtdı
Türkiyə millisinin DÇ-2026 üçün yekun heyəti açıqlandı
Azər Bağırov rəsmən "Şamaxı"da
"Sabah"ın futbolçusu DÇ-2026 heyətinə daxil edilmədi
"Qəbələ" daha iki futbolçu ilə yolları ayırdı
Finalda penaltini vura bilmədi - Forma satışı 350 faiz artdı
DÇ-2026 öncəsi xüsusi əməliyyat - Video