"Xəzər Lənkəran" Estoniyada son məşqinə çıxdı

"Xəzər Lənkəran" Estoniyada son məşqinə çıxdı
XƏBƏR 10 İyul 2012 / 01:18 1505
-  A +

Ötən gün “Xəzər Lənkəran” Tallində “Nomme Kalyu” klubuna qarşı keçiriləcək UEFA Avropa Liqası təsnifat mərhələsinin cavab oyunu öncəsi yekun məşqinə çıxıb.

Qol.Az-ın yerli vaxtla saat 18:45-də baş tutan məşq Estoniya Futbol Federasiyasının məşq meydançasında, daha doğrusu Tallinin “A Le Koq” stadionunun köməkçi meydanında keçirildi. Məşq prosesində komanda tam heyəti ilə iştirak etdi.

Bir saat yarım davam edən məşqdə futbolçular fiziki və taktiki baxımından müxtəlif tapşırıqları yerinə yetiriblər. Prosesə yüngül qaçışla yekun vurulub. Onu da qeyd edək ki, məşq Tallində yaşayan bir neçə “Xəzər Lənkəran” azarkeşi tərəfindən də izlənilib.

Sabah Tallinin “Kadrioru” stadionunda baş tutacaq “Nomme Kalyu” – “Xəzər Lənkəran” matçının start fiti Bakı vaxtı ilə saat 20:45-də veriləcək.

Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu

02.05.24  20:40

Avro-2024-ü buraxacaq