Azərbaycanda 17 yaşadək qızlar arasında keçiriləcək futbol üzrə dünya çempionatı matçlarının əksəriyyəti AFFA-nın balansındakı stadionlara salınıb.
Qol.Az-ın məlumatına görə, çempionatın 32 matçından 21-i oyunlar üçün müəyyənləşdirilən 6 arenadan 3-də baş tutacaq.
Yəni, görüşlərin 66 faizi “Dalğa Arena”, 8-ci km və Bayıl stadionlarında olacaq. Hər üç arena AFFA-nın balansındadır.
Ən çox oyun 8-ci km stadionunda olacaq. 11 min tamaşaçı tutumuna malik təbii örtüklü stadion gələn ay açılacaq. Bu idman qurğusunda qrup mərhələsinin 5, ¼ final mərhələsinin 2 və yarımfinal mərhələsinin hər 2 oyunu olacaq.
6700 tamaşaçı tutumuna malik “Dalğa Arena” və bu ay açılacaq 3200 yerlik Bayıl stadionu hərəyə 6 oyun qəbul edəcək. Bu görüşlərin hamısı qrup mərhələsinə təsadüf edəcək.
Qalan 11 matça gəldikdə, 5 qarşılaşma Tofiq Bəhramov adına Respublika, 4-ü Lənkəran şəhər mərkəzi, 2-si isə “Şəfa” stadionuna salınıb.
32 min nəfərlik mərkəzi arenada qrup mərhələsinin 2, ¼ final mərhələsinin 1, eləcə də 3-cü yer uğrunda və final matçı olacaq. 12 min nəfərlik Lənkəranda qrup mərhələsinin 3, ¼ final mərhələsinin 1 oyunu keçiriləcək. 7600 yerlik “Şəfa”da isə qrup mərhələsinin 2 görüşü baş tutacaq.
A qrupu: Azərbaycan, Kolumbiya, Nigeriya, Kanada
B qrupu: Fransa, ABŞ, KXDR, Qambiya
C qrupu: Meksika, Yeni Zelandiya, Braziliya, Yaponiya
D qrupu: Uruqvay, Qana, Çin, Almaniya
Tofiq Bəhramov adına Respublika stadionu - 5 oyun
22 sentyabr
17:00. Nigeriya – Kanada
20:00. Azərbaycan – Kolumbiya
5 oktyabr
¼ final
20:00. C qrupunun birincisi – D qrupunun ikincisi
13 oktyabr
17:00. 3-cü yer uğrunda oyun
20:00. FİNAL
“Şəfa” stadionu – 2 oyun
25 sentyabr
14:00. Kolumbiya - Kanada
30 sentyabr
14:00. Yaponiya – Meksika
8-ci km stadionu – 9 oyun
22 sentyabr
15:00. KXDR – Qambiya
26 sentyabr
17:00. Meksika – Braziliya
20:00. Yeni Zelandiya – Yaponiya
30 sentyabr
14:00. Yeni Zelandiya – Braziliya
17:00. Çin – Qana
4 oktyabr
¼ final
17:00. B qrupunun birincisi – A qrupunun ikincisi
20:00. A qrupunun birincisi – B qrupunun ikincisi
9 oktyabr
Yarımfinal
17:00. Birinci yarımfinal
20:00. İkinci yarımfinal
Bayıl stadionu – 6 oyun
23 sentyabr
15:00. Meksika – Yeni Zelandiya
18:00. Braziliya – Yaponiya
26 sentyabr
17:00. Uruqvay – Qana
20:00. Çin – Almaniya
29 sentyabr
17:00. ABŞ – KXDR
20:00. Kolumbiya – Nigeriya
“Dalğa Arena” – 6 oyun
23 sentyabr
15:00. Uruqvay – Çin
18:00. Qana – Almaniya
25 sentyabr
14:00. Fransa – KXDR
17:00. ABŞ – Qambiya
29 sentyabr
17:00. Qambiya – Fransa
20:00. Kanada – Azərbaycan
Lənkəran şəhər mərkəzi stadionu – 4 oyun
22 sentyabr
13:00. Fransa – ABŞ
25 sentyabr
17:00. Azərbaycan – Nigeriya
30 sentyabr
17:00. Almaniya – Uruqvay
5 oktyabr
¼ final
17:00. D qrupunun birincisi – C qrupunun ikincisi.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik