17 yaşlı qızlar arasında Azərbaycanda keçiriləcək dünya çempionatının püşatma mərasimində iştirak etmək üçün ölkəmizə gələn Hollandiya futbolunun əfsanəsi Ronald de Bur Qol.Az-a müsahibə verib.
- Ölkəmizlə bağlı təəssüratlarınız necədir?
- Azərbaycana ilk dəfə idi ki, gəlirdim. Gördüklərimdən çox mənmun oldum. Bakı çox gözəl, keçmişlə müasirliyin sizntezini özündə əks etdirən bir şəhərdi. Xüsusilə, şəhərin mərkəzi hissəsini çox bəyəndim. Ona görə də burada olmağımdan şadam.
- Dünya çempionatının təşkli necə, sizi qane etdi?
- Püşkatmada iştirak etdik və hər şey yüksək səviyyədə təşkil olunmuşdu. Əminəm ki, çempionatın təşkilində də heç bir problem ortaya çıxmayacaq.
- Azərbaycan və onun futbolu haqqında hansı məlumata malik idiniz?
- Təbii ki, çox şey bilmirdim. Ola bilsin ki, bu da Azərbaycanın Avropanın öndə gedən futbol ölkələrinin sırasında yer almamasıdır. Bundan başqa, Azərbaycan futbolunu, Azərbaycan çempionatını televiziyadan izləyə bilmədiyimizdən informasiyamız azdır. Bir sözlə, Azərbaycan futbolu haqqında heç nə bilmirəm. Bildiyim yeganə şey odur ki, Azərbaycan millisinin baş məşqçisi Berti Foqtsdur.
- Hər hansı bir klubumuzu, yaxud futbolçumuzu tanıyırsınızmı?
- Xeyr, heç kimi tanımıram. Bəlkə siz ən məşhurlarından kiminsə adını çəkəsiniz görüm, xatırlaya biləcəm...
- Keçmişdə oynayanlardan, yoxsa yenilərdən?
- Fərqi yoxdur, hər ikisindən olsun.
- Anatoli Banişevski, Nazim Süleymanov, Vəli Qasımov, Rəşad Sadıqov...
- (Bir qədər fikirləşir). Üzr istəyirəm, amma heç birini tanımıram.
- Hollandiya millsinin Avro-2012-dəki uğursuz çıxışı barəsində nə deyə bilərsiniz, niyə bu qədər zəif oynadınız?
- Təbii ki, nəticəyə görə çox məyus olduq. Halbuki, komandamızdan daha böyük uğurlar gözləyirdik. Ancaq onların 0 xalla qrupda sonuncu yeri tutması bizlər üçün çox gözlənilməz oldu.
- Bunun əsas səbəbi sizcə, nə oldu?
- Əgər bizim komandanı bir gəmiyə bəznətsək, orada həddindən artıq çox kapitan var idi. Hər futbolçu özünü hamıdan üstün sayırdı, daha da önə çıxmaq istəyirdi. Necə deyərlər, meydançada komanda yox idi. Artıq Avropa çempionatı arxada qaldı və nə isə danışmağın mənası da yoxdur. Onsuz heç nə dəyişməyəcək. Komandanı yenidən qurub 2014-cü ildə Braziliyada keçirilən dünya çempionatına hazırlaşmaq lazımdır.
- Sizcə, Mavrikdən sonra Hollandiya millisinin baş məşqçisi kim ola bilər? Bəlkə siz özünüz? (müsahibə van Qaalın Hollandiya millisinə baş məşqçi təyin olunmasından 1 gün öncə alınıb-A.X)
- Yox, mən hələ buna hazır deyiləm. Bu posta namizəd olan bir sıra güclü mütəxəssislər var. Məsələn, Lusi van Qalla, Frank Raykard. Hər halda biz seçimimizi edəcəyik.
- Sonda. Kriştiano Ronaldo yoxsa Leonel Messi?
- Ümumiyyətlə, bu suala ehtiyac görmürəm, təbii ki, Messi.
Anar XANLAROV
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik