Azərbaycan Milli Məclisinin deputatı, əslən Tovuzdan olan Qənirə Paşayeva “Turan” klubunun hazırkı durumu ilə bağlı Qol.Az-a müsahibə verib
- Yəqin ki, “Turan”ın vəziyyətindən xəbərdarsınız...
- Bəli, xəbərim var. Özüm burada yox idim, Amerikadaydım və bu gün gəlmişəm. Gələn kimi durumla bağlı mənə də məlumat verdilər və sabah klub rəhbərliyi ilə bir araya gəlib birlikdə bu məsələni ətarflı müzakirə edəcəyik. Ondan sonra "Turan"la bağlı məsələlərə aydınlıq gələcək.
- Hazırkı durumla bağlı nə deyə bilərsiniz?
- Durum yaxşı deyil. Sabah görüşmələrimiz, müzakirələrimiz olacaq. Məndən də xahiş ediblər ki, həmin müzakirələrdə iştirak edim.
- Açıq danışsaq, Tovuz futbol ictimaiyyətinin yeganə ümid yeri sizsiniz. Onlar düşünür ki, bir tovuzlu kimi öz nüfuzunuzdan istifadə edib komandanın ağır vəziyyətdən çıxmasına kömək edəcəksiniz...
- Mən əlimdən gələn dəstəyi “Turan” üçün göstərmişəm və göstərməkdə davam edirəm. Ancaq burada məsələ sistemli həll olunmalıdır. Hansısa qısa müddətli, mövsümü köməkliklərlə iş düzələn deyil. “Turan” köklü bir komandadır. Düşünürəm ki, Azərbaycanın 3 böyük futbol məktəbi varsa, bunun da biri Tovuz futbol məktəbidir. Ona görə də “Turan”la bağlı məsələ hansısa kömək, dəstək məsələsi deyil. Burada məsələlər çox ciddi şəkildə öz həllini tapmalıdır. Bir daha deyirəm, sabah durumu daha ətraflı müzakirə edəcəyik və mən də əlimdən gələn köməyi edəcəyəm ki, bu məsələlər kökündən həll olunsun.
- Bir sözlə, sabahkı görüş çox suallara aydınlıq gətirəcək.
- Bəli. Yalnız sabahkı müzakirələrdən sonra konkret bir söz demək olar. Hər halda, müzakirələrin nəticələri ilə bağlı açıqlama olacaq.
Anar XANLAROV
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı