Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində bu axşam "Mura" ilə qarşılaşacaq "Bakı" tam heyətlə "Dalğa Arena"da məşqə çıxıb.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Novruz Əzimovun rəhbərliyi altında oyunöncəsi son məşq yüksək əhval-ruhiyyədə keçib.
Qızınma hərəkətlərinin ardından iki qrup halına bölünərək birqapıya oyun başladan Novruz Əzimov standard vəziyyətlərin icrasına da xüsusi zaman ayırıb.
Aqil Məmmədov qapıda inamlı təsir bağışlayınca, əks tərəfdə yer alan futbolçular gənc qapıçını məyus etməyə çalışıblar. Bəzi hallarda buna nail olan oyunçular sevinclərini məşqi izləyən çoxsaylı media nümayəndələri ilə bölüşüblər.
"Bakı"nın məşqindən sonra qonaq komandanın məşqi planlaşdırılırdı. Ancaq "Mura"nın viza problemi yaşaması ilə şəhərimizə nəzərdə tutulduğundan gec gəlməsi səbəbindən məşq baş tutmayıb.
Qeyd edək ki, "Bakı" - "Mura" oyunu bu axşam saat 21:00-da başlayacaq.
UFC turniri Ağ Evdə!
"Hakimlərin maaşını düşünəndə adamın ürəyi ağrıyır"
"Çelsi"dən iddialı mövsüm hazırlığı - "Bizi ram etmək olmaz"
Azərbaycan klublarının yay transferləri - Yenilənir
İki “Qarabağ”lı ÇL-in ən yaxşıları arasında
Mundialın rekordçusu "Mançester Siti" oldu
"Qalatasaray"ın hücumçusuna göz dikdilər
Keyn yenidən "Barselona"nın hədəfində
"Heç kimi komandanın "beyni" adlandırmırıq" - Breno Almeyda
"Nyukasl" onları göndərdi
"Benfika"nın baş məşqçisi ola bilər
Klub onunla anlaşarsa, hər oyuna görə cərimə ödəyəcək
Ronaldonun 6-cı mundial hazırlığından - Video
Reqlament dəyişmədi, püşkün vaxtı dəqiqləşdi
İordaniya DÇ-2026 heyətini açıqladı
"10 nömrə" Bellinqemə həvalə olundu
"Sumqayıt"dan ayrılan futbolçu Qazaxıstan klubunda
“Ayaks”ın yeni baş məşqçisi müəyyənləşdi
Dante "Bavariya"da məşqçi təyin edildi
Domeniko Tedeskonun yeni klubu - Rəsmi
"Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
Milli Avstriya toplanışına başladı - Şəkillər
Cavid İmamverdiyevin yeni klubu müəyyənləşdi
Özbəkistan millisi DÇ-2026-ya bu 26 nəfərlik heyətlə gedir