Azərbaycanlı futbolçular Rusiyada legioner sayılmayacaq

XƏBƏR 5 İyul 2012 / 12:05 2185
-  A +

Yeni mövsümdən Rusiya Premyer Liqasında çıxış edəcək MDB ölkələrinin futbolçuları legioner hesab olunmayacaq.

Qol.Az-ın "Championat.com" saytına istinadən verdiyi məlumata görə, bu barədə qərar Rusiya Futbol Federasiyası İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında qəbul edilib.

Qeyd edək ki, Azərbaycan da MDB-nin üzvü olduğundan bizim ölkədən olan futbolçular Rusiyada legioner sayılmayacaq.

Daha çox


Son xəbərlər