“Turan”ın keçmiş baş məşqçisi qələbələri sıralayır

XƏBƏR 4 May 2009 / 15:05 2115
-  A +

“Turan”ın keçmiş baş məşqçisi Naci Şensoyun çalışdırdığı “Pirin” klubu Bolqarıstan çempionatında növbəti oyununu keçirib. Qol.Az-ın məlumatına görə, öz meydanında “Minyor PK” klubunu qəbul edən “Pirin” rəqibini 1:0 hesabıyla məğlub edib. Bu Şensoyun ardıcıl ikinci, ümumilikdə isə “Pirin”in baş məşqçisi kimi dördüncü qələbəsidir. Sonuncu qələbədən sonra xalını 31-ə çatdıran Şensoyun komandası bununla da turnir cədvəlində daha bir pillə irəliləyərək, 10-cu yerə yüksəlib. “Pirin” 6-cı pillədə qərarlaşan “Slaviya”dan yalnız 2 xal geri qalır.    


Qarabağ FK
Son xəbərlər
12.10.26  14:40

300-cü qələbə

12.10.26  12:56

200-ə çatdı

12.10.26  09:00

2-ci liqada 2 oyun

topaz banner