Çempionlar Liqasının II təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan Gürcüstanın "Zestafoni" komandasının baş məşqçisi Georgi Çiaberaşvili klubun rəsmi saytına müsahibə verib.
- Artıq 5 gündür ki, Avstriyada təlim-məşq toplanışındasınız. "Neftçi" ilə oyuna hazırlıq necə gedir?
- Hazırlığımız çox yaxşı gedir. Komandada bir qədər yüklənmə var. Lakin günü-gündən hər şey daha da yaxşılığa doğru gedir və yoxlama görüşləri keçirməklə problemləri aradan qaldrırıq. İnanıram ki, "Neftçi" ilə oyuna tam hazır olacağıq.
- Bir neçə gün öncə Rumıniyanın "Astra" klubu ilə keçirdiyiniz yoxlama görüşündən (0:1) sonra komandanın fiziki durumunun qaydasında olmadığı müəyyənləşdi. Bu barədə nə deyərdiniz?
- Təbii ki, Rumıniya təmsilçisi güclü rəqib idi. Onlar bizə nisbətən daha çox yoxlama oyunları keçirmişdilər. Ona görə də rəqib bizimlə oyuna daha hazırlıqlı çıxmışdı. Bununla belə, həmin oyunda komandamda bir neçə gənc fubolçu özünü göstərmək imkanı qazandı. Düşünürəm ki, "Astra"ya məğlubiyyətdə təəccüblü heç nə yoxdu.
- Gürcüstanda çoxları hesab edir ki, komandanı daha da təkmilləşdirmək lazımdır. Hazırda "Zestafoni" veteran və gənc futbolçulardan simvolizə edilib. Sizcə, yeni futbolçulara ehtiyac varmı?
- Mən bu fikirlə razı deyiləm. Bizim çox yaxşı komandamız var. Hansı ki, məhz bu futbolçularla titul qazanmışıq. Bizim də məqsədimiz böyük komanda yaratmaqdır. Düşünürəm ki, bu heyət "Neftçi" səddini keçməyə kifayət edəcək. Yeni futbolçulara isə ehtiyac yoxdur.
- "Neftçi" ilə oyun "Qafqaz derbisi" də adlandırılır. Bakıda keçiriləcək ilk görüşdə nəyə ümid edirsiniz?
- İlk öncə onu deyim ki, "Neftçi" özü də güclü rəqiblə qarşılaşacaq. Düzdü, onların səviyyəli legionerləri var. Ancaq futbolda pul vacib deyil. Hazırda heç kəs məğlubiyyət haqda düşünmür. Səfərdə yalnız bir qola ümid etməməliyik. Biz sonadək döyüşəcəyik və mübarizədən çəkinməyəcəyik. Mən şansları bərabər dəyərləndirirəm.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı