"Bakı"nın səfər oyunu canlı yayımda

"Bakı"nın səfər oyunu canlı yayımda
XƏBƏR 3 İyul 2012 / 11:18 2643
-  A +

UEFA Avropa Liqası birinci təsnifat mərhələsinin "Bakı"- "Mura 05" qarşılaşması və 1 həftə sonra Sloveniyada baş tutacaq cavab oyunu canlı yayımlanacaq.

Qol.Az-ın paytaxt klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, artıq bu barədə Sloveniya tərəfi ilə razılıq əldə olunub. "Bakı"nın həm ev, həm də səfər oyunu AZTV vasitəsilə canlı yayımlanacaq.

Xatırladaq ki, ilk oyun iyulun 5-də, saat 21.00-da "Dalğa Arena"da, cavab oyunu isə iyulun 12-də Sloveniyada keçiriləcək.

Son xəbərlər
30.04.24  09:27

"Lester" çempion oldu