“Bakı” “Dalğa Arena”ya köçdü

XƏBƏR 3 İyul 2012 / 11:02 1666
-  A +

Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu çərçivəsində iyulun 5-də Sloveniyanın “Mura-05” klubunu qəbul edəcək “Bakı” matçın hazırlıqlarını davam etdirir. 

Komandanın baş məşqçisi Novruz Əzimovun Qol.Az-a verdiyi məlumata görə, dünən öz bazasında məşq edən paytaxt klubu bu gündən etibarən qarşılaşmanın oynanılacağı “Dalğa Arena”ya köçür: “Məşqlər qaydasında gedir, heç bir probemimiz yoxdur, futbolçuların əhval-ruhiyyəsi də yüksək səviyyədədir. Hamılqıla qələbəyə köklənmişik. Ayın 3-dən etibarən məşqlərimizi “Dalğa Arena”da davam etdirəcəyik”.

Qeyd edək ki, “Bakı”-“Mura-05” matçı iyulun 5-də saat 21:00-da start götürəcək.


Son xəbərlər
30.04.24  09:27

"Lester" çempion oldu