İtaliyanın “Yuventus” klubunun futbolçusu Alessandro Del Pyero azarkeşlərə açıq məktub yazıb.
Qol.Az-ın məlumatına görə, məktub iyunun 30-da “Corriere dello Sport”da dərc olunub.
Həmin gün kluba 19 ilini vermiş 37 yaşlı əfsanəvi hücumçunun “Yuve” ilə müqaviləsi başa çatıb. Del Pyero yazıb: “Hər şey burada başa çatır. Mənim “Yuventus”la müqaviləm yekunlaşdı. Bu, yenilik deyil, hər şeyin mənim üçün rəsmən yekunlaşdığının dərk edilməsidir. Bu, mənim üçün kədərli an deyil, təəssüf və ya nostalgiyam yoxdur. Hər şey ondan ötrüdür ki, “Yuve”də son mövsümüm zamanı bütün baş verənləri, ən böyük arzumun yerinə yetdiyini anlayım”.
Məşhur futbolçu fanatları gələcəkdə də komandaya dəstək verməyə çağırıb: “Oyunçular gəlir və gedirlər. “Yuventus” isə qalır. Mənim komanda yoldaşlarım qalırlar. Onlara ən yaxşısını arzulayıram. Daim onları dəstəkləyəcəyəm. Sabahdan “Yuventus”un oyunçusu olmayacağam. Amma sizdən biri olacağam. İndi yeni macəra başlayır. Onu 19 il öncəki kimi həvəslə qəbul etməyə hazıram. Əlvida! Hər şeyə görə sağ olun. Alessandro”.
Qeyd edək ki, Alessandro Del Pyeronun Argentina “River Pleyt”inə keçəcəyi gözlənilir.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı