Bu gün "Xəzər Lənkəran" klubunun fəxri prezidenti Mübariz Mənsimov Lənkəranda komandanın baş məşqçisi Yunis Hüseynov və onun məşqçi korpusu ilə görüş keçirib.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşdə klubun prezidenti Mais Mənsimov və vitse-prezident Tuyqun Nadirov da iştirak ediblər.
Mübariz Mənsimov komandanın qarşıdan gələn Avropa Liqası oyunlarına hazırlığı barədə maraqlanaraq, məsul görüşlər öncəsi oyunçuların fiziki və psixoloji durumu barədə baş məşqçinin hesabatını dinləyib. Klubun fəxri prezidenti klub rəhbərliyi və şəxsən onun tərəfindən komandaya lazım olan bütün dəstəyin verildiyinə zəmanət verməklə, komandadan layiqli və uğurlu nəticəni gözlədiyini və bu nəticənin qazanılacağına inamını bildirib.
"Xəzər Lənkəran"ın fəxri prezidentinə komandanın hazırlığı barədə ətraflı məlumat verən baş məşqçi Yunis Hüseynov da öz növbəsində uğurlu nəticənin qazanılması üçün komandanın özünün bütün gücünü maksimal şəkildə və faydalı məcrada istifadə edəcəyinə söz verib. Baş məşqçi və onun köməkçiləri M.Mənsimova komandaya göstərdiyi bu diqqətə görə təşəkkürlərini bildirərək, bu görüşün komandadaxili əhval-ruhiyyəyə olduqca müsbət təsir edəcəyinə əminliklərini bildiriblər.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı