Əziz Yıldırım azadlığa buraxıldı

Əziz Yıldırım azadlığa buraxıldı
XƏBƏR 2 İyul 2012 / 14:40 1996
-  A +

Türkiyə futbolundakı danışılmış oyunlarla bağlı məhkəmə qərarları açıqlanıb.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, "Fəbərbaxça" klubunun prezidenti Əziz Yıldırım həbsdə yatdığı müddət nəzərə alınaraq azadlığa buraxılıb.

Lakin danışılmış oyunlarda və cinayətkar qruplaşma yaratmaqda günahlandırılan Ə.Yıldırıma 6 il 3 ay şərti cəza və 1 milyon türk lirəsi məbləğində cərimə kəsilib.

Ə.Yıldırımla yanaşı, klubun I vitse-prezidenti İlhan Ekşioğlu, Olqun Peker və Yusuf Turanlı da azadlığa buraxılanlar sırasında olub. 

Məhkəmədə çıxış edən "Fənərbaxça" prezidenti qərardan narazı olduğunu deyib və bəraət tələb edib.


Qarabağ FK
Son xəbərlər
topaz banner