Zaqreb "Dinamo"su yenidən "Neftçi"yə rəqib oldu

Zaqreb "Dinamo"su yenidən "Neftçi"yə rəqib oldu
XƏBƏR 1 İyul 2012 / 17:13 3528
-  A +

UEFA Çempionlar Liqasına hazırlığını davam etdirən "Neftçi" artıq Avstriyadadır.

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, son Azərbaycan çempionu hazırlığın ikinci mərhələsini adı çəkilən ölkədə keçəcək. Bu mərhələdə komanda 4 yoxlama matçında qüvvəsini sınayacaq.

"Neftçi" iyulun 3-də Almaniyanın "Starnberq" klubu ilə qarşılaşacaq. Bundan 4 gün sonra növbəti rəqib Rumıniyanın "Dinamo" (Buxarest) klubu olacaq. İyul ayının 9-da "Neftçi" və "Dinamo" (Kiev) komandalarının ehtiyat heyətləri üz-üzə gələcək. İyulun 10-da isə komanda son yoxlama matçını keçirəcək. Bu dəfə rəqib Xorvatiya çempionu "Dinamo" (Zaqreb) olacaq.

Son xəbərlər