«Qəbələ» Portuqaliyadan sülhlə ayrıldı

«Qəbələ» Portuqaliyadan sülhlə ayrıldı
XƏBƏR 1 İyul 2012 / 12:24 1718
-  A +

Portuqaliyada keçirilən beynəlxalq IBERCUP-2012 turnirindəki çıxışını 1/8 final mərhələsində dayandıran “Qəbələ”nin 11 yaşa qədər futbolçulardan ibarət komandası yoldaşlıq görüşündə qüvvəsini sınayıb.
 
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “Slovan” (Bratislava) ilə üz-üzə gələn təmsilçimiz görüşdən sülhlə ayrılıb – 1:1. Komandanın yeganə qoluna Təbriz İsazadə imza atıb.

Bu arada “Qəbələ”ni 1/8 final mərhələsində turnirdən kənarlaşdıran, ardından isə ¼ finalda “Yuventus”u (İtaliya) 1:0, yarımfinalda “Nautico”nu (Braziliya) 4:1 və finalda isə  “Sevilya”nı (İspaniya) 6:1 hesabı ilə məğlub edən “Vilyarreal” IBERCUP-2012-nin qalibi olub.

Son xəbərlər