Avstriyadakı təlim-məşq toplanışını başa vuran “Xəzər Lənkəran” artıq vətənə qayıdıb.
Qol.Az-ın məlumatına görə, Lənkəran təmsilçisi dünən axşam saatlarında ölkəmizə qədəm qoyub. Paytaxtda yaşayan futbolçular dərhal evlərinə, legionerlər isə müvəqqəti məskunlaşmaq üçün Bakıdakı otellərdən birinə yollanıblar. Futbolçuların sabah dincələcəyi deyilir. Yunis Hüseynovun komandası bazar günü Bakıda 1 yüngül məşq planlaşdırıb. Bazar ertəsi isə cənublular Lənkərana yola düşəcək. Komanda, Avropa Liqasının I təsnifat mərhələsinbdə qarşılaşacağı Estoniyanın “Nomme Kalyu” matçının hazırlıqlarını doğma şəhərdə keçəcək. Ancaq ola bilər ki, planlarda dəyişiklik edilsin və "Xəzər Lənkəran" elə bazar günü Lənkərana yollansın.
Qeyd edək i, “Xəzər Lənkəran-“Nomme Kalyu” matçı iyulun 5-də saat 20:00-da Lənkəran şəhər stadionunda baş tutacaq.
UFC turniri Ağ Evdə!
"Hakimlərin maaşını düşünəndə adamın ürəyi ağrıyır"
"Çelsi"dən iddialı mövsüm hazırlığı - "Bizi ram etmək olmaz"
Azərbaycan klublarının yay transferləri - Yenilənir
İki “Qarabağ”lı ÇL-in ən yaxşıları arasında
Mundialın rekordçusu "Mançester Siti" oldu
"Qalatasaray"ın hücumçusuna göz dikdilər
Keyn yenidən "Barselona"nın hədəfində
"Heç kimi komandanın "beyni" adlandırmırıq" - Breno Almeyda
"Nyukasl" onları göndərdi
"Benfika"nın baş məşqçisi ola bilər
Klub onunla anlaşarsa, hər oyuna görə cərimə ödəyəcək