“Simurq” bu gün “Kocaelispor”la qarşılaşır

XƏBƏR 29 İyun 2012 / 14:45 1394
-  A +

Hazırda Türkiyədə təlim-məşq toplanışında olan Zaqatalanın “Simurq” klubu yay toplanışı çərçivəsində bu gün ilk matçına çıxacaq.

Qol.Az-ın məlumatına görə, Zaqatala təmsilçisi Türkiyənin “Kocaelispor” klubu ilə üz-üzə gələcək. Matç  axşam Bakı vaxtıyla saat 18:00-da “Green Park Otel”in meydançasında start götürəcək. Bu arada əldə etdiyimiz məlumata görə, hazırda Kocaelidə güclü yağış yağır. Lakin buna baxmayaraq, qarşılaşma istənilən halda oynanılacaq.
 
Qeyd edək ki, “Simurq”un məşqçilər korpusu baxışa gələn bütün futbolçuları məhz bu qarşılaşmadan sınaqdan çıxardacaq.

Son xəbərlər
27.09.24  23:18

U-17 millimiz uduzdu

27.09.24  15:09

UEFA-dan cəza