Qarabağ həqiqətləri barəsində araşdırma aparan, “Qarabağ” klubunun sadiq azarkeşi, hollandiyalı jurnalist Artur Huzinganın “Həmişə evsiz və ya səfərdə”a adlı kitabı işıq üzü görüb.
Qol.Az-ın “Qarabağ” klubunun saytına istinadən yaydığı məlumata görə, Niderlandda keçirilən təqdimat mərasimində Huizingayla yanaşı fotoqraf Dirk Yan Vizzerin də `Sürgündə futbol` layihəsi təqdim edilib.
“Azərbaycanın “Qarabağ” (Ağdam) Futbol Klubu, dünyada hər bir peşəkar futbol komandası kimi, çempionatın zirvəsi uğrunda mübarizə aparır. Yalnız vacib bir fərq var: klubun stadionu müharibə zonasında yerləşir və gündəlik atəşə məruz qalır. Futbolçular çempionatın final mərhələsini oynayanda şəhər erməni separatçıları tərəfindən işğal olunur və yerli əhali eyni zamanda azarkeşlər artıq qaçqın kimi çadırlarda yerləşdirilirlər. Buna baxmayaraq, komanda mümkün olmayan bir nəticə əldə edir: “Qarabağ” Azərbaycan çempionu olur” – deyə kitabda qeyd edilib.
UFC turniri Ağ Evdə!
"Hakimlərin maaşını düşünəndə adamın ürəyi ağrıyır"
"Çelsi"dən iddialı mövsüm hazırlığı - "Bizi ram etmək olmaz"
Azərbaycan klublarının yay transferləri - Yenilənir
İki “Qarabağ”lı ÇL-in ən yaxşıları arasında
Mundialın rekordçusu "Mançester Siti" oldu
"Qalatasaray"ın hücumçusuna göz dikdilər
Keyn yenidən "Barselona"nın hədəfində
"Heç kimi komandanın "beyni" adlandırmırıq" - Breno Almeyda
"Nyukasl" onları göndərdi
"Benfika"nın baş məşqçisi ola bilər
Klub onunla anlaşarsa, hər oyuna görə cərimə ödəyəcək