“Xəzər Lənkəran” bu gün qayıdır

“Xəzər Lənkəran” bu gün qayıdır
XƏBƏR 29 İyun 2012 / 14:02 2604
-  A +

Avstriyadakı təlim-məşq toplanışını başa vuran “Xəzər Lənkəran” bu gün vətənə qayıdır.

Klubun mətbuat xidmətinin rəhbəri Yalçın Əliyevin Qol.Az-a verdiyi məlumata görə, komanda axşam saatlarında Bakıda olacaq. Ola bilsin ki, Lənkəran təmsilçisi bu həftənin sonuna kimi paytaxtda məskunlaşsın və gələn həftənin bazar ertəsi Lənkərana yollansın. Yeni transferlərinin Bakıda, yoxsa Lənkəranda rəsmi surətdə ictimaiyyətə təqdim olunacağı da hələlik dəqiqləşməyib.

Qeyd edək ki, “Xəzər Lənkəran” iyulun 5-də Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində Lənkəranda Estoniyanın “Nomme Kalyu” klubunu qəbul edəcək.

Son xəbərlər
27.09.24  23:18

U-17 millimiz uduzdu

27.09.24  15:09

UEFA-dan cəza