"Bakı" klubunun sabiq baş məşqçisi Qyoko Haciyevski Bolqarıstan mətbuatına müsahibə verib. Qol.Az-ın məlumatına görə, o, keçmiş komandasının Avropa Liqasındakı şanslarını dəyərləndirib
- Bolqarıstan MOİK-i növbəti mərhələdə “Bakı” ilə qarşılaşa bilər. Sizcə, cütün favoriti kim olacaq?
- Həm Bolqarıstanda, həm də Azərbaycanda işlədiyimdən hər iki klubu yaxından tanıyıram. Təbii, MOİK-in beynəlxalq oyun təcrübəsi daha çoxdur. Lakin düşünürəm ki, onlar üçün “Bakı”ya qarşı oynamaq çox çətin olacaq. MOİK yalnız kağız üzərində favorit sayıla bilər.
- “Bakı”nın əsas üstünlüyü nədir?
- “Bakı”nın o qədər də böyük tarixi yoxdur, gənc klubdur. Ancaq yaşına görə, yaxşı nəticələr qazanıb. Ən əsası, 2 dəfə Azərbaycan çempionu olub. Bundan başqa, bu klubun son illərdə gördüyü işlər, futbola qoyduğu investisiyalar, inşa etdirdiyi baza və stadionlar komandanın iddiasından xəbər verir.
- “Bakı”nın “Mura-05” səddini keçəcəyindən əminsiniz?
- Məncə, “Bakı” heç bir çətinlik çəkməməlidir. Çünki iddiasına, heyətinə və büdcəsinə görə, rəqibindən qat-qat üstündür.
- MOİK-in oyununu necə dəyərləndirərdiniz?
- MOİK Bolqarıstanın köklü klublarından hesab olunur. Son zamanlarda yaxşı futbol ortaya qoyurlar. Ancaq istənilən halda, “Bakı” ilə qarşılaşmalar çətin keçəcək. Rəqibi qiymətləndirməmək bu komandaya baha başa gələ bilər.
Qeyd edək ki, I təsnifat mərhələsindən mübarizəyə başlayacaq “Bakı” Sloveniya “Mura”sını keçəcəyi halda, Bolqarıstan təmsilçisi olan MOİK-lə qarşılaşacaq. Hacıyevskiyə gəlincə, o, 1993-cü ildə MOİK-in, 2007-2009-cu illərdə isə “Bakı”nın baş məşqçi olub. 2008-09-cu il mövsümündə “Bakı”ya çempionluq qazandırıb.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı