Hazırda Türkiyədə hazırlıqları davam etdirən "Simurq"un düşərgəsinə yeni futbolçular dəvət olunub.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, çoxdandır adı komanda ilə hallanan braziyalı yarımmüdafiəçi Ademar Aparekido Xavyer Junior artıq "sarı-qaralar"ın düşərgəsinə qoşulub.
27 yaşlı cənubi amerikalının son iş yeri Moldovanın "Milsami-Ursidos" klubudur. 2010-cu ildən bu komandada forma geyinən Ademar 45 oyunda meydana çıxıb və 15 qol vurub.
Peşəkar futbolçu karyerasına 2005-ci vətənində başlayan yarımmüdafiəçi Portuqaliyanın "Vitoria de Setubal", "Rio Ave", Bolqarıstanın "Vihren", Rumıniyanın "Qloriya" və Qatemalanın "Deportivo Xinabajul" klublarının da şərəfini qoruyub. O, həmçinin 2001-2002-ci illərdə Braziliyanın U-16 yığmasına dəvət edilib.
Ademardan başqa Zaqatala təmsilçisi baxışa yeni müdafiəçi də dəvət edib. Bu, xorvatiyalı futbolçu Petar Tomiçdir. 193 sm boya malik olan 30 yaşlı mərkəz müdafiəçisinin son klubu HNK olub. 2009-cu ildən bu komandada top qovan Peter Tomiç 73 oyunda forma geyinib və 3 dəfə qol vurmağı bacarıb.
Qeyd edək ki, hər iki futbolçu tibbi müayinədən keçdikdən sonra məşqlərə qoşulub. Yoldaşlıq görüşlərindən sonra baş məşqçi Georgi Çixradze baxışa dəvət olunan futbolçular haqqında yekun qərar verəcək.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu