"Xəzər Lənkəran" daha üç futbolçudan imtina etdi

"Xəzər Lənkəran" daha üç futbolçudan imtina etdi
XƏBƏR 28 İyun 2012 / 15:56 3191
-  A +

Avstriyada təlim-məşq toplanışında olan "Xəzər Lənkəran" klubu baxışa çağırdığı legionerlərin daha üçündən imtina edib.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Yunis Hüseynov Çexiyanın "Dinamo" klubu ilə yoxlama oyunundan (2:5) sonra 3 futbolçunu – portuqaliyalı Rikardo Felisberto, sloveniyalı Denis Çuriç və serbiyalı yarımmüdafiəçi Predraq Laziçi bəyənməyib.

Qeyd edək ki, "Xəzər Lənkəran" bu gün axşam saatlarında hazırlığını tamamlayaraq vətənə dönəcək.


Qarabağ FK
Son xəbərlər
topaz banner