“Turan” fəaliyyətini dayandırdı

“Turan” fəaliyyətini dayandırdı
XƏBƏR 27 İyun 2012 / 19:42 3592
-  A +

Tovuzun "Turan" klubu fəaliyyətini dayandırıb. Bu haqda Qol.Az-a klubunun icraçı direktoru Rasim Əliyev məlumat verib. Onun sözlərinə görə, sponsor tapılmasa, vəziyyətin necə olacağını özləri də bilmir.


“Demək olmaz ki, “Turan” artıq tam dağılıb və çempionatda iştirak etməyəcəkyi dəqiqləşib. Ancaq fakt odur ki, bu gün komanda fəaliyyət göstərmir. Çünki sponsor yoxdur. Sponsor olmayandan sonra hansı məşqdən, toplanışdan, heyətdən danışmaq olar?” 

Onun sözlərinə görə, hələ də ümidlərini üzmürlər: "Hər gün stadiona gəlib gedirik. Aşağı yaş qruplarından ibarət komandalarımız məşqlərinə başlayıblar. Ancaq əsas komanda dediyim kimi, fəaliyyətini dayandırıb. O ki qaldı sponsor tapılmayacağı halda komandanın taleyinin necə olacağına, bunu yalnız Allah bilir. Bu haqda artıq mən heç nə deyə bilmərəm. Çünki qərar vermək səlahiyyəti klub rəhbərliyinə məxsusdur və yəqin ki, son sözü onlar deyəcək”.

Qeyd edək ki, “Turan” bütün futbolçularını və məşqçilər heyətini qeyri-müəyyən müddətə məzuniyyətə buraxıb. Həmin futbolçulardan bir çoxu isə artıq özünə yeni klub tapıb.

Son xəbərlər
27.09.24  23:18

U-17 millimiz uduzdu

27.09.24  15:09

UEFA-dan cəza