Rusiya Futbol İttifaqının (RFİ) prezidenti Sergey Fursenko tutduğu vəzifədən istefa verib.
Lent.az-ın məlumatına görə, Fursenko qərarının səbəbini açıqlamayıb.
Lakin o, Rusiya yığmasının 2012-ci il Avropa çempionatındakı uğursuz çıxışı ilə əlaqədar azarkeşlərdən üzr istəyib. Fursenko Rusiya prezidenti Vladimir Putinlə görüşündə RFİ prezidenti postunu tərk etmək qərarına gəldiyini bəyan edib. Putin isə istefanı qəbul edərək, ona gördüyü işlərə görə təşəkkürünü bildirib: “Ümidvaram ki, hər şey öz yerini tutacaq”.
Rusiya prezidenti Fursenkodan UEFA İcraiyyə Komitəsi üzvlüyündən ayrılmamağı xahiş edib: “Biz bu yeri itirməməliyik. Xahiş edirəm ki, bu vəzifədə işinizi davam etdirəsiniz”.
Qeyd edək ki, Rusiya millisi Avropa çempionatında ən asan qrupdan ¼ finala çıxa bilməyib. A qrupundakı rəqiblərindən Çexiyaya 4:1 hesabı ilə qalib gələn şimal qonşularımız Polşa ilə heç-heçə edib - 1:1. Son matçında isə Yunanıstana 0:1 hesabı ilə uduzan baş məşqçi Dik Advokatın komandası qrupda qalıb. Növbəti mərhələyə isə Çexiya ilə Yunanıstan yüksəlib. Hələ çempionat öncəsi Hollandiya PSV-si ilə müqavilə bağlamış Advokat artıq Rusiya millisindən ayrılıb. Yeni baş məşqçi hələlik təyin olunmayıb. Rusiya millisi 2014-cü il dünya çempionatının seçmə mərhələsində Azərbaycan milli komandası ilə eyni qrupa düşüb.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu