“Sumqayıt” “Antalyaspor”la qarşılaşacaq

“Sumqayıt” “Antalyaspor”la qarşılaşacaq
XƏBƏR 25 İyun 2012 / 11:51 1430
-  A +

“Sumqayıt” növbəti mövsümün hazırlıqlarına iyulun 4-də start verəcək.

Qol.Az-ın məlumatına görə, komandanın baş məşqçisi Bernhard Raab sabah Azərbaycana qayıdır. Sumqayıtlıların yay hazırlıq dönəmində keçirəcəkləri yoxlama görüşlərinin siyahısı da məlum olub. “Sumqayıt” iyulun 5-də öz əvəzediciləri ilə, iyulun 7-də isə “Rəvan”la üz-üzə gələcək. Ayın 14-də isə komandanın AZAL-la görüşü planlaşdırılır. Daha iki yoxlama görüşü isə iyulun 20-dən sonraya planlaşdırılıb. Sumqayıtlılar həmin ərəfədə Qəbələdə təlim-məşq toplanışında olacaq Türkiyənin “Antalyaspor” və “Elazıspor” klubları ilə qarşılaşacaq.

Qeyd edək ki, Sumqayıt təmsilçisi hazırlıq üçün ölkə xaricinə üz tutmayacaq.

Son xəbərlər
27.09.24  23:18

U-17 millimiz uduzdu

27.09.24  15:09

UEFA-dan cəza