Bu günlərdə “Simurq” daha bir futbolçusunun müqaviləsinin müddətini artırıb. Komanda yaranan gündən Zaqatala təmsilçinin formasını geyinən Rüstəm Məmmədov növbəti mövsüm də "sarı-qara"lıların şərəfini qoruyacaq. Futbolçu bununla bağlı klubun rəsmi saytına müsahibə verib:
- Rüstəm, “Simurq”la müqaviləni daha bir il müddətinə artırıdın. İlk təəssüratların necədir?
- Əlbəttə, komandamda qaldığıma görə çox sevinirəm. “Simurq” mənim doğma klubumdur. Professional futbolçu kimi bu klubda karyerama başlamışam. Artıq 8-ci mövsüm olacaq ki mən, “Simurq”un formasını geyinəcəm. Rəhbərliyə də təşəkkür edirəm ki, məni komandada saxladılar. Həm bir zaqalalalı, həm də bir futbolçu kimi inanıram ki, doğma şəhərimin təmsilçisinin uğurları üçün var gücümlə çalışacam.
- Səndə qeyd etdin ki, “Simurq” yaranan gündən bu komandada forma geyinirsən. “Simurq”da ötən illərlə müqayisədə hansı dəyişiklikər var?
- İldən ilə bu komandada inkişafın getdiyi çox yaxşı hiss olunur. Xüsusən də, növbəti mövsüm üçün “Simurq”un qarşısına böyük məqsədlər qoyulub və bunun üçün də klubda planlı işlərin getdiyini açıq-aydın hiss etmək olar. Rəhbərlik futbolçular üçün daha əlverişli şəraitlər yaradır. Komandanın başında təcrübəli məşqçilər heyəti var. İnanıram ki, bütün bu işlərin nəticəsi kimi “Simurq” növbəti mövsümün sonunda qarşısına qoyduğu məqsədə çatacaq.
- Ötən mövsümü özün üçün necə dəyərləndirərsən?
- O qədər də uğurlu futbol mövsümü keçirmədim. Bir çox oyunlarda ehtiyatda oturdum. İndi isə öz üzərimdə çox çalışıram. Bu baxımdan hazırda məşqlərdə çox işləyirəm ki, əsas heyətə düşə bilim və məşqçilər korpusunun mənə olan ümidlərini doğruldum.
- Əvvəllər yarımmüdafiədə oynayırdın. İndi isə müdafiə xəttində mübarizə aparırsan. Çətin deyil indiki ampulada çıxış etmək?
- Düz qeyd edirsiz. Ancaq müdafiədə artıq uzun müddətdir oynayıram. Bu səbəbdən də, arxa xəttə artıq uyğunlaşmışam və bu mövqedə oynamaq mənə daha rahatdır.
- Artıq bügündən təlim-məşq toplanışının ikinci mərhələsi başlayır. Bakıda təşkil olunan hazırlıq prosesi necə keçdi?
- Mənim baxımımdan yaxşı keçdi. Əsasən məşqçilər korpusu bizim fiziki durumumuzun hansı səviyyədə olduğunu və onu yaxşılaşdırmaq üçün çalışdılar. Tapşırıqların da əksəriyyəti bu istiqamətdə idi. Yəqin ki, Türkiyədəki məşqlərimiz bundan daha ağır olacaq. Üstəlik 3 yoldaşlıq görüşüdə keçirdəcəyik. Burada bizə yeni legioner futbolçularda qoşulacaq.
- Komandadan ayrılan və yeni gələn oyunçular haqqında nələr deyə bilərsən?
- Əvvəlcə “Simurq”la yolları ayrılan keçmiş komanda yoldaşlarıma gələcək karyeralarında uğurlar arzulayıram. Hələ ki, yeni transfer olunanların əksəriyyəti ötən mövsüm bizdə icarə əsasında forma geyinən futbolçulardır. Baxışa gələn yerli oyunçularda demək olar ki, gənc və istedadlı futbolçulardır. Kartepedə legionerlərdə bizə qoşulmalıdır. İnanıram ki, komanda rəhbərliyi və baş məşqçi “Simurq”a uğur gətirə biləcək futbolçuları transfer edəcək.
- Növbəti mövsümdən gözləntilərin nədir?
- İnanıram ki, “Simurq” üçün yeni futbol ili uğurlu olacaq. Komandaya həm azərkeşlər, həm də rəhbərlik böyük ümidlər bəsləyir. İnşallah, biz də üzərimizə düşən işi layiqincə görüb, azərkeşlərimizə əla futbolla gözəl qələbələr bəxş edəcəyik.
"Barselona" onunla yeni müqavilə imzaladığını açıqladı
"Qarabağ"ın Avstriyadakı oyununda 9 qol - Video
“Qarabağ” Ukrayna komandasına uduzdu
"Şamaxı" növbəti transferini rəsmən açıqladı
“Qalatasaray” - “Napoli” danışıqlarında son durum
“Karvan”dan yayın ilk transferi
"Zirə"də yeni müqavilə - Rəsmi
"Araz-Naxçıvan" Superliqanın 2 təmsilçisi ilə qarşılaşacaq
Misli Premyer Liqasının püşkü bu tarixdə atılacaq
"Zirə"nin rəqibinin ulduz futbolçusu karyerasını başa vurdu
"Sabah" - "Çelye" oyununa nə qədər bilet satılıb?
“İmişli”də yeni qapıçı
Teo Ernandesin transferi tamamlanmaq üzrədir
"Real" oyunun təxirə salınmasını istəyir
Azərbaycan Premyer Liqasında 12 klubdan 5-nin baş məşqçisi əcnəbidir - Bəs, İliç kimdir?
"Sumqayıt" yeni baş məşqçisini açıqladı
"Şamaxı"dan ayrılan futbolçu bu kluba keçdi
"Əl-Əhli"nin hədəfi Messidir
"Bakı və "Qarabağ" həmişə qəlbimdə yer alacaq" - Jezniçak
QOL.az-dan yeni imkanlar...
Mbappe "Real"da heç kimin bacarmadığını etdi
Millimiz Avropa çempionatında ikinci yeri tutdu
"Turan Tovuz" Türkiyəyə getdi
Kuboku yenə Meksika qazandı
Gürcüstan millisinin üzvü “Sportinq”də
Donnarumma ağır zədəyə səbəb olduqdan sonra şoka düşüb
Avropa çempionatında 1 gümüş, 2 bürünc medal
Millimizin qapıçısı sabiq klubuna qayıtdı
"Zirə"nin Boluda ilk məşqi - Şəkillər
"Fənərbaxça" yeni transferini açıqladı
"Atalanta" onu "Nyukasl"a buraxmır
Patrik Vieyra onun transferinin qarşısını aldı
"Mançester Yunayted"in yeni hədəfi bilindi
"Şamaxı"dan legioner transferi - Rəsmi
Yalnız "Tottenhem"i istəyir
"Arsenal" Gyökereşin transferinə yaxınlaşır
"Qarabağ" və "Zirə"dən daha çox transfer gözləntiləri var"
"Portu"nun yeni baş məşqçisi açıqlandı
Subimendi "Arsenal"da - Rəsmi