UEFA-nın "Bursaspor"a verdiyi cəza ləğv edildi

UEFA-nın "Bursaspor"a verdiyi cəza ləğv edildi
XƏBƏR 23 İyun 2012 / 00:55 1549
-  A +

İdman Arbitraj Məhkəməsi (CAS) UEFA İntizam Komitəsinin Türkiyənin “Bursaspor” klubuna verdiyi cəzanı ləğv edib.

Klubun idarə heyətinin üzvü İrfan Koç Avropa kuboklarından 1 illik diskvalifikasiyanın aradan qaldırıldığını bildirib.

CAS-ın qərarına əsasən, “Bursaspor” 2012-2013-cü il mövsümündə Avropa Liqasında mübarizə apara biləcək.

Qeyd edək ki, UEFA tərəfindən “Bursaspor”un cəzalandırılmasına klubun lisenziyalaşma qaydalarını və maliyyə “feyr-pley”ini pozması səbəb göstərilib. Bir müddət öncə Azərbaycanın “Xəzər Lənkəran” klubu da FİFA tərəfindən silinən 6 xalı CAS-a şikayət yolu ilə bərpa edib.


Xəbər: Lent.az


Son xəbərlər
27.09.24  23:18

U-17 millimiz uduzdu

27.09.24  15:09

UEFA-dan cəza