UEFA "Fənərbaxça"nın Çempionlar Liqasında iştirakına icazə verdi

UEFA "Fənərbaxça"nın Çempionlar Liqasında iştirakına icazə verdi
XƏBƏR 22 İyun 2012 / 18:44 1893
-  A +

Türkiyənin “Fənərbaxça” klubu bu mövsüm Çempionlar Liqasının təsnifat mərhələsində iştirak edə biləcək.

Qol.Az-ın "Sporx.com"a istinadən verdiyi məlumata görə, bu gün UEFA “Fənərbaxça” komandasının Çempionlar Liqasına qatıla biləcəyi barədə Türkiyə Futbol Federasiyasına (TFF) məktub göndərib.

Ötən mövsüm danışılmış oyunlarla əlaqədar “Fənərbaxça”nı Çempionlar Liqasından kənarlaşdıran UEFA bu dəfə fərqli addım atıb.

 TFF-ya göndərilən məktuba əsasən "Fənərbaxça" klubu iyunun 25-də keçiriləcək Çempionlar Liqasının püşkatma mərasimində iştirak edəcək.


Son xəbərlər
27.09.24  23:18

U-17 millimiz uduzdu

27.09.24  15:09

UEFA-dan cəza