Bu yaxınlarda ölkə mətbuatına müsahibə verən AFFA-nın sabiq prezidenti Fuad Musayev hazırda milli komandanın şərəfini qoruyan futbolçulara məğlub olmaları müqabilində pul verilməsi məsələsinə toxunarkən bunun düzgün olmadığını demişdi. Musayev ümumiyyətlə, futbolçuların milli komandada pula görə deyil, ölkənin adına, bayrağına görə oynamalı olduğunu bildirmişdi. O, hətta, bu məsələ üstündə Vəli Qasımovun ondan incidiyini də dilə gətirmişdi. Qol.Az-a açıqlamasında isə Qasımov Musayevin onun haqqında dediklərini təkzib edərək əsl həqiqətin başqa cür olduğunu dedi: “Bilirsiniz, o məsələ tamam başqa cür olub. Söhbət heç də puldan getmirdi. Nə pul, hansı puldan söhbət gedə bilərdi? Məgər o vaxtkı AFFA-nın pulu var idi ki, biz də nəsə istəyək? İndi maşallah uduzanda da pul alırlar. Biz o vaxtı millidə havayı oynayırdıq. Yalnız hər toplanışa görə, futbolçuların hərəsinə 100 dollar verirdilər. Oyunlara mükafat qoyurdular. Amma oyun da uda bilmirdik axı həmin mükafatı alaq. Problem sadəcə onda idi ki, klub məni yoldaşlıq görüşlərinə buraxmırdı. Həmin vaxt “Betis”in şərəfini qoruyurdum. Bu klub da o zaman İspaniya Primerosunun ən güclü və iddialı klublarından idi. Odur ki, futbolçularını yoxlama görüşlərinə getməyə qoymurdular. Portuqaliyada oynayanda da belə olmuşdu. Mən isə bunları Musayevə deyəndə o məni səhv başa düşmüşdü. Mən nə vaxt demişəm ki, pul verməsəniz milliyə gəlməyəcəm? Pulu yalnız biletin alınmasına görə istəyə bilərdim. Çünki biri var bileti İspaniyadan alasan, biri də var Azərbaycandan sifariş verəsən. İspaniya Avropa olduğundan qiymətlər baha idi. Buradan alanda isə nisbətən ucuz başa gəlirdi. Əsl həqiqət bu cür olub və heç kim də Musayevə deməyb ki, milliyə gəlməyimin qarşılığında mənə pul ver”.
“Mançester Yunayted” Madridə 2 futbolçusuz yollandı
Flik “Qalatasaray” azarkeşlərindən danışdı
“Mançester Siti”nin qələbəsi gərgin anlarla yadda qaldı
“Qalatasaray” “Barselona” ilə oyuna itkilərlə çıxacaq
Ronaldo Messi ilə rəqabətindən danışdı
"Sabah"ın oyun üslubu "Barselona"nı xatırladır"
“Gəlin Premyer Liqanı qazanaq!”
"Biz bunun əksini sübut edə bilərik" - Valdas Dambrauskas
Messi rekordunu yeniləyə bilər
Arne Slot UEFA-da çalışacaq
"Qarabağ"da ayrılıq - Rəsmi
“Real” Kurtua ilə razılaşdı
"Çelsi"nin keçmiş sahibi vergidən yayınmaqda şübhəli bilinir
300-cü qələbə
“Milan”ın müdafiəçisi ağır zədə aldı
Gündoğan: “Barselona” Avropanın ən yaxşı komandasıdır"
“Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə”
200-ə çatdı
“Sabah” qalib gəlmək şansımızın ən yüksək olduğu komandadır"
16 yaşlı futbolçu "Real"ın hədəfində
Samir Ələkbərovdan Abdullahi Şuaybuya qədər
İbrahimoviçdən hakimə sərt tənqid: “Oyunu məhv etdi”
Ramil oynadı, komandası qələbə qazandı
“Mançester Yunayted”in Naqelsmann planı
"Milan"ın xal itkisi - Video