Əfsanəvi Gürcüstan futbolçusu vəfat etdi

Əfsanəvi Gürcüstan futbolçusu vəfat etdi
XƏBƏR 21 İyun 2012 / 13:29 2349
-  A +

Gürcüstan futbolunun əfsanəvi isimlərindən olan Ramaz Şengeliya dünyasının dəyişib.

Qol.Az-ın Gürcüstan mətbuatına istinadən yaydığı məlumata görə, o, 55 yaşında Tiflisdə vəfat edib.

Qeyd edək ki, Şengeliya SSRİ çempionatlarında 283 matçda 120 qol vurub. O, Tiflis "Dinamo"suyla birgə SSRİ çempionatının (1978), SSRİ kubokunun (1979), Avropa Kuboklar kubokunun (1981) qalibi olub. 1981-ci ildə 23 qolla SSRİ çempionatının bombardiri adını qazanıb. 1978 və 1981-ci illərdə SSRİ-nin ən yaxşı futbolçusu seçilib. 1979-1983-cü illərdə SSRİ yığmasında da oynayan Şengeliya 16 oyunda 10 qol vurub.


Son xəbərlər
27.09.24  23:18

U-17 millimiz uduzdu

27.09.24  15:09

UEFA-dan cəza