Tanınmış müğənni, Azərbaycanın xalq artisti Aygün Kazımova 17 yaşlı qadınlar arasında Azərbaycanda keçiriləcək dünya çempionatı ilə bağlı fikirlərini bölüşüb.
Qol.Az-ın məlumatına görə, AFFA-nın rəsmi saytına danışan A.Kazımova Azərbaycan yığmasına həsr olunmuş mahnı bəstələdiyini bildirib:
"Uşaq yaşlarımdan idmana böyük həvəsim olub. Uzun müddət həndbolla məşğul olmuşam və gənclərdən ibarət yığmanın kapitanı idim. İdman ustalığına namizədəm. Hətta bir müddət idman və musiqi sahəsi arasında seçim edərkən çətinlik çəkdim, tərəddüd edirdim. Təəssüf ki, o illərdə idmanla məşğul olan azərbaycanlı qızların sayı az idi. Sevindirici haldır ki, indi bu problem yoxdur. Müxtəlif idman növləri ilə peşəkar şəkildə məşğul olan qızlarımızın sayı get-gedə artır.
Futbol üzrə 17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının çıxışları barədə vaxtaşırı məlumatlar əldə edirəm. Azərbaycanda qızlar arasında dünya çempionatının keçirilməsi də ölkəmizin idman həyatında son dərəcə vacib hadisədir. Bu çempionatın təbliğatı ilə bağlı əlimdən gəldiyi qədər dəstəyimi əsirgəməyəcəyəm. Fürsətdən istifadə edib müxtəlif sənət sahiblərinə müraciət edirəm ki, qızlar arasında dünya çempionatına dəstək olsunlar.
Onu da deyim ki, bu dünya çempionatına, xüsusilə 17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasına həsr olunmuş mahnı bəstələmişəm və hazırda Türkiyədən olan çəkiliş qrupu tərəfindən həmin mahnıya klip çəkilişləri ilə məşğuluq. Bu kliplə və digər layihələrimizlə FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-yə və yığmamızın əldə etdiyi nəticədən asılı olmayaraq, qızlarımıza dəstək olacağıq. Çünki bu qızların futbola gəlişi və mütəmadi qaydada idmanla məşğul olması özlüyündə bir qoçaqlıq və cəsarət nümunəsidir".
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi