Arşavin "Qalatasaray" yolunda

Arşavin "Qalatasaray" yolunda
XƏBƏR 20 İyun 2012 / 13:28 2538
-  A +

"Arsenal" klubunun yarımmüdafiəçisi Andrey Arşavin karyerasını Türkiyə Superliqasında davam etdirə bilər.

Qol.Az-ın "Milliyet" qəzetinə istinadən verdiyi məlumata görə, 31 yaşlı futbolçu son Türkiyə çempionu "Qalatasaray"ın maraq dairəsinə düşüb.

İstanbul təmsilçisi ötən mövsümü "Zenit"də keçirən Arşavinə iki ilinə 3 milyon avro təklif edib. "Qalatasaray"ın yeni mövsümdən Çempionlar Liqasında iştirak edəcəyi səbəbi ilə Arşavinin də bu təklifi müsbət qarşıladığı bildirilir.

Qeyd edək ki, Arşavinin "Arsenal"la müqaviləsi 2013-cü ildə başa çatacaq.


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner