Yunis Hüseynov (“Karvan”ın sabi baş məşqçisi): “Bəli, futbolda belə hallar olur. Elə oyun olur ki, futbolçunun vərəqə limiti dolmaq üzrə olur. Bu zaman onun bilərəkdən sarı vərəqə alıb növbəti oyunu buraxması, bir sonrakı daha ciddi oyunda meydançada olması üçün bu cür taktiki gedişlərdən istifadə olunur. Bu da bir növü məşqçinin taktiki gedişidir. Münasibətimə gəlincə, normaldı. O ki, qaldı mənim məşqçilik karyeramda bu cür metodlardan istifadə edib etməməyimə, açığı elə bir şey xatırlamıram, məndə olmayıb. Ancaq güclü rəqiblərlə oyunöncəsi bu cür metoddan istifadə şansı yaranarsa bunu edərəm”.
Şahin Diniyev (Azərbaycan milli komandasının sabiq baş məşqçisi): “Bilirsiniz, məşqçi məşqçidir. Meydançada onun gördüyü iş görünməlidir. Ona lazım olan əsas şey qarşıya qoyulan məqsədə çatmaq və nəticə qazanmaqdı. Ona görə də futbol bicliklərindən istifadə edilməsini tam normal qarşılayıram. Məsələn, hesabda irəlidə olarkən tempi aşağı salmaq, oyunun vaxtını gecikdirmək və s. Bir FİFA nümayəndəsi kimi yox, amma bir məşqçi kimi bu tip bicliklərə pis baxmıram. Yalnız Fair Play istisnadır. Çünki bunu artıq doğru qəbul etmirəm. Əgər özün də istəməyərəkdən Fair Play qaydalarını pozub qol vurmusansa, mütləq bunun əvəzində rəqibə şərait yaratmalısan ki, gəlib qol vursunlar. Amma dediyim kimi, digər metodlardan istifadəyə tam normal baxıram. Hər məşqçi istəyər ki, vacib oyunlara tam heyətlə çıxsın. Eyni zamanda azarkeşlər də istəyirlər ki, hansısa mərkəzi qarşılaşmalarda bütün aparıcı futbolçuları meydançada görsünlər. Açığı bu cür hallar mənim də karyeramda olub və istifadə eləmişəm”.
Arif Əsədov (“Neftçi”nin sabi baş məşqçisi): “Normal baxıram. Çünki vəziyyətdən aslı olaraq bu cür gedişlərə əl atmalı olursan. Hansısa futbolçunun 3 sarı vərəqəsi olur və ona tapşırırsan ki, bilərəkdən sarı vərəqə alıb növbəti, o qədər də əhəmiyyətli olmayan oyunu buraxsın. Futbolçu da həmin oyunu buraxır və sonrakı vacib qarşılaşmada forma geyinir. Yəni lazım olmayan oyunda futbolçunun vərəqə limitini doldurub vacib qarşılaşmanı buraxmağındansa, məhz bu cür metoddan istifadə etmək daha uyğundu. Dediyim kimi, mən də bunu normal qarşılayıram və hətta öz karyeramda da bu cür hallar olub. Konkret xatırlamıram, amma kubok oyunlarının birində belə şey baş vermişdi. Bilirsiniz ki, əvvəllər kubokda alınan sarı vərəqələr çempionat oyunlarında da nəzərə alınırdı. Biz də zəif komandaların biri ilə kubok matçına çıxmışdıq. İlk oyunda artıq böyük hesabla qələbəni təmin etmişdik və ikinci oyunun formal xarakter daşıyacağı məlum idi. Odur ki, oyunun gedişində bilərəkdən sarı vərəqə alaraq cavab oyununu buraxdım. Sonra isə çempionat oyununda sıraya qayıtdım”.
Sabir Əliyev (təcrübəli mütəxəssis): “Futbolda belə hallar olur. Çünki hər bir məşqçi istəyir ki, vacib oyunçularını vacib oyunlara saxlasın. Odur ki, kiminsə dördüncü vərəqəni bilərəkdən alaraq, növbəti oyunu buraxmasını tam normal qarşılayıram. Bu da məşqçinin taktiki gedişi sayıla bilər. Yəni, futbol bicliklərindən istifadə etmək lazımdır. O ki qaldı mənim məşqçilik karyeramda bu cür metodlardan istifadə etməyimə, mən, ümumiyyətlə, yalan deməyi xoşlamıram və etiraf edirəm ki, istifadə etmişəm”.
Anar XANLAROV
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi