“Sumqayıt” ölkədə qalmağa qərar verdi

“Sumqayıt”  ölkədə qalmağa qərar verdi
XƏBƏR 18 İyun 2012 / 14:00 1384
-  A +

“Sumqayıt” növbəti mövsümün hazırlığına iyunun 25-də başlayacaq.

Qol.Az-ın məlumatına görə, sumqayıtlılar yay hazırlığını ölkə daxilində keçəcək və toplanış üçün ölkə xaricinə üz tutmayacaq. Yalnız yoxlama görüşü keçirmək üçün iyulun əvvəllərində qonşu Gürcüstana yollanmaq variantı var. Lakin bununla bağlı yekun qərar baş məşqçi Bernhard Raab Azərbaycana qayıtdıqdan sonra onun istəyinə uyğun olaraq veriləcək.
 
Qeyd edək ki, “Sumqayıt” ötən yay toplanışını Avstriyada, bu il qış toplanışını isə Antalyada keçmişdi.

Son xəbərlər