Almaniyanın Münhen şəhərində keçirilən Dünya Kubokunun III mərhələsində Azərbaycan akademik avarçəkəni Nataliya Mustafayeva 5-ci yeri tutub.
Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən Qol.Az-a verilən məlumata görə, 27 yaşlı təmsilçimiz finalda 2000 metr məsafəni 8 dəqiqə 9,03 saniyəyə qət edib.
O, yalnız irlandiyalı Sanita Puspureni (8:14.05) qabaqlaya bilib. Qızıl medala belaruslu 2 qat olimpiya və 6 qat dünya çempionu Yekaterina Karsten layiq görülüb. 40 yaşlı əfsanəvi avarçəkən finişə 7 dəqiqə 52,74 saniyəyə çatıb. Gümüş medala son iki dünya çempionatının bürünc mükafatçısı Emma Tviqq sahib olub.
Yeni Zelandiya təmsilçisi 7 dəqiqə 56,22 saniyə nəticə göstərib. 23 yaşadək akademik avarçəkənlər arasında ikiqat dünya çempionu, litvalı Donata Vistartayte finişə 7 dəqiqə 58,60 saniyə nəticə ilə 3-cü çatıb. 2012-ci il London Yay Olimpiya Oyunlarına yenicə lisenziya qazanmış danimarkalı Fie Udbi Eriksen isə 8 dəqiqə 2,80 saniyə göstərici ilə 4-cü olub.
Qeyd edək ki, London olimpiadasında ölkəmizi təmsil edəcək Nataliya Mustafayeva dünya kubokunun yalnız I mərhələsində medal qazana bilib. O, 4–6 mayda Serbiyanın paytaxtı Belqradda bürünc medala yiyələnib. Mustafayeva sonrakı 2 mərhələdə finala çıxsa da, müvafiq olaraq, 4-cü və 5-ci yerlərlə kifayətlənib. Amma hər üç mərhələdə finaladək irəliləməsi akademik avarçəkənimizin sabit çıxışından xəbər verir. Mustafayeva olimpiadada da görüşəcəyi rəqiblərlə başabaş mübarizə aparmaqla Londonda mükafatçılar sırasına düşməyə layiq olduğunu nümayiş etdirib.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...